“Mançester Yunayted”in futbolçusu Anderson klubla yollarını ayırıb.
Korner.az-ın məlumatına görə, 25 yaşlı futbolçu şəxsi “İnstagram” hesabında “Qırmızı şeytanlar”la yollarını ayırdığını açıqlayıb:
“Hər şeyə görə “Mançester Yunayted”ə təşəkkür edirəm. Bu komanda ilə bağlı xatirələri həmişə xatırlayacam. Komanda yoldaşlarım, azarkeşlərimizi, məşqçilərimiz həmişə ağlımın bir küncündə olacaq. Bundan sonra “Fiorentina”da yaxşı çıxış edib, uğur əldə etməyə çalışacam.”