“İnter”in Türkiyədə keçirəcəyi yoxlama oyunlarında bütün rəqiblərinin adına aydınlıq gəlib.
Korner.az-ın məlumatına görə, “bankirlər” fevralın 3-də iki görüşdə qüvvəsini sınayacaq.
Belə ki, komanda həmin gün iki hissəyə bölünərək ayrı-ayrı komandalarla yoxlama oyunu keçirəcək. “İnter”in əsas heyəti həmin tarixdə Rusiya Premyer Liqa təmsilçisi “Krılya Sovetov”la qarşılaşacaq. Artıq ehtiyat heyətin də rəqibi məlumdur. Bu hazırda “Turan”ın sabiq futbolçuları Dan Pısle ilə Viktor Qontsanın şərəfini qoruduğu “Kostulenı” olacaq.
Qeyd edək ki, “İnter” bundan başqa, yanvarın 17-də “Aalen” (Almaniya), 18-də “Amkar” (Rusiya), 22-də “İnqolştadt 04” (Almaniya), 25-də Zaporojye “Metallur”u (Ukrayna) və 30-da “Ordabası” (Qazaxıstan) ilə qarşılaşacaq.