Futbol üzrə Azərbaycan birinci divizionunun XX turundan təxirə salınmış “Bakılı” – “Qaradağ Lökbatan” oyunu keçirilib.
Korner.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, oyun “Qaradağ-Lökbatan”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
6 aprel
“Bakılı” – “Qaradağ Lökbatan” – 1:3
Qollar: Rüfət Məmmədov, 18 (0:1), İlham Allahverdiyev, 26 (0:2), Ramil Əliyev, 61 (1:2), İlham Allahverdiyev, 77 (1:3)