Birinci divizionda yarışan “Şuşa” klubu bundan sonra ev oyunlarını Ağdamın Quzanlı qəsəbəsi stadionunda keçirəcək.
Korner.az-ın məlumatına görə, artıq bununla bağlı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev qərar verib.
Qeyd edək ki, fevralın 23-də baş tutacaq "Şuşa" – “Qaradağ Lökbatan” görüşü məhz Quzanlıda keçiriləcək.
