"Hər şey "Neftçi"dən aslıdır. Taleləri öz əllərindədi".
Bu sözləri Korner.az-a açıqlamasında Ağasəlim Mircavadov deyib. Bu gün Çempionlar Liqasının II turunun cavab qarşılaşmasında "Neftçi"ni qəbul edəcək "Zestafoni"nin sürpriz edəcəyinə inanmayan Mircavadov, "ağ-qaralar"ın səfərdə də qələbə qazanacağını söylədi:
"Sürpriz gözləmirəm. Rəqib Bakıdakı kimi oynasa, heç nəyə nail ola bilməyəcək Üstəlik, komandamız səfərdə yenə qələbə qazanacaq. "Neftçi"ni artıq növbəti mərhələdə görə bilərik".
"Flaqman"ın növbəti rəqibini necə dəyərləndirirsiniz?" – sualımıza isə Ağasəlim müəllimin cavabı belə oldu: "Qoy hələ mərhələ keçsinlər, sonrasına baxarıq".