"Kəpəz" sıralarına yeni futbolçu qatıb.
Korner.az-ın məlumatına görə, bu bir vaxtlar Braziliya millisinin aşağı yaş qruplarında top qovmuş Ademerdir. Gəncəlilər onunla 1 illik müqavilə bağlayıb. Cənubi Amerikalının son iş yeri Moldovanın "Milsami-Ursidos" klubu olub.
Qeyd edək ki, Ademar Aparekido Xavyer Junior son mövsümdə çıxdığı 45 matçda 15 qol vurmağa müvəffəq olub.