Yunanıstanın AEK klubunun yeni stadionu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) adını daşıya bilər.
Korner.az-ın məlumatına görə, bu haqda Yunanıstan mətbuatı xəbər yayıb. AEK bu məqsədlə tender elan edib və məqsədi satışdan pul qazanmaqdı.
Layihənin tərtibində stadionun hazırkı adı “Müqəddəs Sofiya” göstərilib. SOCAR isə artıq bu yöndə yunanlara müraciət edib. Azərbaycan şirkətinin adı tenderdə qalib gəlmək şansı çox olanlar arsında çəkilir.