AFFA Ştuxliklə müqavilə yeniləyir
31.05.2021 , 19:59
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.
Korner.az xəbər verir ki, toplantıda Hakimlər Komitəsinin sədri Frits Ştuxliklə müqavilənin uzadılması ilə bağlı qərar qəbul edilib. Ancaq sözləşmənin hansı müddətə artırılacağı açıqlanmayıb.
Bundan başqa, Babək Quliyev Hakimlər Komitəsinin üzvü vəzifəsinə təsdiq olunub.
Əlavə olaraq, hakimlər üçün “Tofiq Bəhramov mükafatı”nın Əsasnaməsi təsdiqlənib. Mükafat 2021-2022-ci il mövsümündən etibarən təqdim olunacaq.