AFFA Samir Abasovla Bordini cəzalandırdı
25.09.2018 , 13:52
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
İclasda Topaz Premyer Liqanın 5-ci turunun “Zirə” – “Neftçi” matçında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
Görüşün 45-ci dəqiqəsində meydan sahibi və qonaq komandanın baş məşqçiləri Samir Abasov və Roberto Bordin bir-biriləri ilə sərt mübahisə etdiklərinə görə texniki zonadan kənarlaşdırılıblar. Bu səbəbdən hər iki məşqçi 1 oyunluq cəzalanıb, klublar isə 800 manat cərimə olunublar.
Bundan başqa, oyunsonrası mətbuat konfransında matçın 4-cü hakimi haqqında ironiya ilə danışdığına Samir Abasova xəbərdarlıq olunub. İK bu hal yenidən baş verəcəyi təqdirdə məşqçini cəzalandıracağını açıqlayıb.
Qeyd edək ki, “Zirə” – “Neftçi” qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.