Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.
Korner.az-ın məlumatına görə, toplantıda aşağıdakı qərarlar qəbul olunub.
Topaz Premyer Liqasının XVIII turunun “Simurq” – “Rəvan” matçının 68-ci dəqiqəsində “Rəvan” klubunun heyətində 15 №-li futbolçusu Tural Cəlilovun əvəzinə 10 №-li futbolçusu Nemaniya Vidakoviç (8-ci legioner futbolçu) daxil olmuş və nəzərdə tutulan limit pozulmuşdur. Bu səbəbdən də “Rəvan” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir..
“Sumqayıt” – “Kəpəz” matçında “Kəpəz” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Oyunun 74-cü dəqiqəsində “Kəpəz” klubunun 88 №-li futbolçusu Bujamin Asani kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.
Topaz Premyer Liqasının XVIII turunun “Qarabağ” – “Xəzər Lənkəran” matçının 73-cü dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri pirotexniki vasitə istifadə etdiyinə görə klub 1000 manat cərimə olunur.
“Turan” – “Qəbələ” oyunun 76-cı dəqiqəsində “Turan” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur.
“İnter” – “Bakı” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunur.
Topaz Premyer Liqasının XVIII turunun “Neftçi” – AZAL matçında “Neftçi” klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Oyunun 73-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur .