AFFA-nın İcraiyyə Komitəsinin dekabrın 18-də keçiriləcək iclası qapalı olacaq.
Korner.az-ın məlumatına görə, bu barədə məlumatı AFFA-nın saytı yayıb.
Məlumatda qeyd olunub ki, İcraiyyə Komitəsində qəbul olunacaq qərarlar, iclasda çəkilmiş fotolar www.affa.az saytında, videomaterial isə www.affavideo.az saytında yerləşdiriləcək. Həmçinin videogörüntülər televiziyalara təqdim olunacaq.
Qeyd edək ki, iclas saat 10.00-da başlayacaq.
