AFFA onları da cərimələdi
13.12.2023 , 15:11
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, toplantıda Azərbaycan Əvəzedicilər Liqasının XVI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Zirə-2” – “Araz-Naxçıvan-2” oyununun 82-ci dəqiqəsində “Zirə-2” komandasının 55 nömrəli futbolçusu Ramin Abdullayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Zirə-2” komandası 50 manat cərimə edilir (maddə 36.5).
“Zirə-2” – “Araz-Naxçıvan-2” oyununda xərəkdaşıyanlar olmadığına görə “Zirə-2” komandası 80 manat cərimə edilir (maddə 74.1).