AFFA İntizam Komitəsi “Xəzər Lənkəran”ın futbolçusu Elnur Abdullayevə sərt cəza tətbiq edib.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, qərarda deyilir ki, “Turan”la Azərbaycan kubokunun 1/8 final oyununun 116-cı dəqiqəsində Elnur Abdullayev komanda yoldaşını təhqir etdiyi üçün meydandan qovulub. Bu səbəbdən futbolçuya üç oyunluq cəza verilib, klub 2000 manat cərimə olunub.
Bundan başqa, İntizam Komitəsinin qərarında deyilir ki, Premyer Liqanın XV turunun “Xəzər Lənkəran” – AZAL matçının 34-cü dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Adrian Pitə simulyasiyaya görə sarı vərəqə göstərilib. Lakin matçın video yazısını izlədikdə hakimin epizodu düzgün qiymətləndirməməsi aşkar edilib. Bu səbəbdən də Adrian Pitə göstərilən sarı vərəqə ləğv olunub.