AFFA bu klubları cəzalandırdı
20.12.2022 , 14:17
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XVII turunda yaşananlarla bağlı aşağıdakı qərarlar qəbul edilib.
“Kəpəz” – “Sabah” oyununda qonaq komandanın 29 nömrəli oyunçusu Ceyhun Nuriyev oyunun 90-cı dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçuya 3 aylıq sınaq müddəti təyin olunub, 2 oyun şərti olmaqla 4 oyun cəzalandırılıb, klub 3200 manat cərimə edilib.
“Sabah”ın qapıçılar üzrə məşqçisi Vitaliy Kovalyov hakimlərə etiraza görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klub 800 manat cərimələnib.
“Turan Tovuz” – “Neftçi” oyununda qonaq komandanın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə olunub.