“İnter” komandasının gürcü futbolçusu Georgi Adamiya Münhendə əməliyyat olunub.
Korner.az– ın məlumatına görə, dünən topuq nahiyəsindən əməliyyat olunan Adamiyanın durumu hazırda yaxşıdır.
Həkimlərin sözlərinə görə, futbolçu 2 ay məşq edə bilməyəcək. Həmin tarixdən 15 gün sonra isə Adamiya artıq meydana çıxa bilər.
