big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Avropa liqası

Acı dərs

05.07.2014 , 20:47

“Şəmkir”, “MKT-Araz”, “Karvan, “Bakı”… Bu siyahını daha da uzatmaq olar. “Bakı fəhləsi, “Xəzri” kimi klublar da ölkəmizi vaxtilə Avropa kuboklarında təmsil ediblər. Hər dəfə də onlardan daha yüksək nəticə gözləyib, qarşımızdakı rəqibin bir çox komponentlərdə bizdən aşağı olduğunu düşünmüşük. Builki püşkatmadan sonra da sevincimizin həddi-hüdudu yox idi. Münasib rəqiblər düşmüşdü. “Qəbələ” imkanlarına görə “Şiroki Briyeq”dən güclüdür və bu mərhələdə işi elə də asan olmayacaq”, – deyə düşününlər çox idi.
Cavab matçını gözləməyə dəyərmi? Bu, futboldu və klubumuzun cavab oyununda 0:2 hesabı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxması mümkündü. Müasir futbolda bir çox komandaların bu çətin vəzifənin öhdəsindən gəldiyinin şahidi olmuşuq. Amma “Qəbələ”nin ilk qarşılaşmada göstərdiyi oyun gələcəyə nikbin baxmağa əsas vermir. Kubokun finalındakı azarkeş kütləsindən sonra adı ətrafında müəyyən imic formalaşdırmışdı. Hətta rəhbərlik ilk Avropa kubok matçını Qəbələdə təşkil etməyin də öhdəsindən gəlmişdi. Tribunalar yenə dolmuşdu. Amma…
Nəticə haqqında müxtəlif mülahizələr irəli sürülür. Çoxu baş məşqçi və futbolçuların kütləvi gedişini və ya Balkan klublarının bizlər üçün namünasib rəqib olmasını əsas gətirir. Məncə, “Qəbələ” bu oyunu hələ ötən mövsümün əvvəlində Yuri Syominlə əməkdaşlığa start verərkən uduzmuşdu. İddia oluna bilər ki, rusiyalı mütəxəssisi klubda saxlamaq mümkün deyildi. Amma qarşısına Avropa kuboklarına vəsiqə qazanmaq vəzifəsi qoyan klub gələcəkdə belə bir problemlə üzləşəcəyini göz önünə gətirməli idi. Klublarımızın peşəkarlıq baxımından hələ də arzuolunan səviyyə yüksəlməməsi “Qəbələ”nin timsalında bir daha sübut olundu. Çünki qarşısına Avropa kubkları vəzifəsi qoyan komandanın heyəti ən azı qışdan formalaşdırılmalı idi. Daha məsul oyunöncəsi kütləvi dəyişiklik etmək yox…
Dorinel Muntyanu 90-cı illərin sonlarında Rumıniya yığmasının meydandakı dirijoru idi. İndi bu vəzifə ona “Qəbələ”də baş məşqçi kimi həvalə olunub. Bu seçim gələcəyə hesablana bilər. Amma klublarımızın məşqçiləri əlcək kimi dəyişdiyini də unutmaq olmaz. Digər tərəfdən, bu əməkdaşlıq heç də yaxşı gələcək vəd etmir. Çünki rumınların ölkəmizdəki karyerası həmişə uğursuz alınıb.
“Bakı”nın adını yuxarıda əbəs yerə çəkməmişəm. Birvaxtlar mütəmadi Avropa kuboklarına vəsiqə qazanan komanda hər uğursuzluqdan sonra növbəti mövsümdə daha iddialı olacağını vəd verirdi. Amma klubdakı qeyri-peşəkarlıq idarəçilik hazırkı duruma rəvac verib . “Qəbələ”də oturanlar, gözünü açıb ətrafınıza bir daha yaxşı-yaxşı baxın. Heç bir klubumuz bu durumdan sığortalanmayıb. Pullu olmaq peşəkarlığa dəlalət etmir. 

Son yazılar

To Top