Abdullayevli “Boluspor”dan qələbə
10.04.2021 , 18:59
Türkiyə I Liqasında XXIX turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Araz Abdullayevin çıxış etdiyi “Boluspor” “Altay”la qarşlaşıb və 1:0 hesabı ilə qalib gəlib.
Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
35 xalı olan “Boluspor” 18 komanda arasında 12-ci pillədə qərarlaşıb.