İvobi: “Qarabağ”la oyun bizim üçün vacibdi”
03.10.2018 , 18:42
Arsenal”ın futbolçusu Aleks İvobi Avropa Liqasının qrup mərhələsində sabah “Qarabağ”a qarşı keçirəcəkləri oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırd;.
O, əvvəlcə matç haqda fikirlərini bildirdi…
– Adətən “Arsenal” oyunöncəsi məşq etmir. Bu dəfə nə qdəər önəmlidi?
– Sabah biz burda çıxış edəcəyik. Sabahkı oyuna hazırlaşmaq üçün vacib olacaq.
– Keçən mövsüm Avropa Liqasında çıxış edərkən komanda daha cavan idi. Bu dəfə isə təcrübəli oyunçular çoxluq təşkil edir. Demək olarmı ki, “Arsenal” bu mövsüm turnirə daha ciddi yanaşır?
– Bütün yarışlar eyni əhəmiyyət kəsb edir. Sabahkı oyun da bizim üçünn vacibdi. İndiki heyətdə də gənc oyunçular var.
– Keçən mövsümlə müqayisədə meydanda daha çox azadlıq verilir sənə meydanda. Nə qədər fərqlər var?
– Bəli. İndi daha çox bitiricilik keyfiyyətləri üzərində işləyirəm. Azadlıq verilməsi işimi asanlaşdırır.