big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Avropa liqası

“Qarabağ”ın keyfiyyətli oyunçuları var” – Unai Emeri

03.10.2018 , 18:37

“Arsenal”ın baş məşqçisi Unai Emeri Avropa Liqasının qrup mərhələsində sabah “Qarabağ”a qarşı keçirəcəkləri oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı…

– Sıx qrafikdə uzun səfər etmisiz. Bu oyuna hazırlıq necədi?
– Bu turnir bizim üçün çox vacibdi. Ən yaxşı performansı göstərmək istəyirik. Yolumuz uzun olub. Ancaq nəzərə almaq lazımdı ki, biz səfərlərdə tez-tez oluruq. Həm ölkə daxilində, həm də xaricdə. Sabah ən yaxşı performansımızı göstərməyə hazırıq.

– Bəzi oyunçular yoxdu. Mxitaryanı gətirməməyinizin səbəbi 60 minlik azərbaycanlı azarkeşin təzyiqlərinə görə idimi?
– O, bura gələ bilməzdi. Bura mental olaraq ən hazır oyunçularla gəlmişik.

– Mxitaryanın gəlməməsi öz qərarı idi, yoxsa sizin? Bir də Aaron Remzi yoxdu…
– 1-2-ci günlər xəstə idi. Remzi isə özü xahiş etdi ki, onu gətirməyək. Arvadı hamilədi. Buna görə də ona icazə verdik.

– Petr Çex zədəlidi. Sabah qapını Bernd Leno qoruyacaq?
– Biz istəyirik ki, qrupda birinci yeri tutaq və sabah qələbə qazanaq. Lenonun özünə inanması üçün bir neçə matçda meydana çıxması lazımdı. Buna görə də böyük ehtimalla o, əsas heyətdə olacaq.

– “Qarabağ”ın “Arsenal”dan xal və ya xallar alması sizi təəccübləndirəcək, yoxsa sakit qarşılayacaqsız?
– “Sportinq”ə qarşı “Qarabağ” yaxşı oynadı. Oyunçuları keyfiyyətlidi və rəqib taktiki cəhətdən ağıllı çıxış edir. Keçən mövsüm “Atletiko”ya qarşı yaxşı oynamışdılar. Sonda bu komandanın qrupda qalmasına səbəb oldular. Biz daha çox öz oyunumuza köklənməli və qələbə üçün lazım olan şeyləri etməyə çalışmalıyıq.

– Mxitaryanın Bakıya gəlməməsi Qarabağ münaqişəsi ilə bağlıdı. Bu barədə məlumatlısız?
– Mənim işim futboldu. Siyasətə qarışmıram. Mən hər iki ölkəyə, mədəniyyətə, ölkənin insanlarna hörmət edirəm. İstənilən halda, o, sabah oynamayacaqdı.

– Xəbəriniz varmı ki, Mxitaryan Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz getdiyi üçün “qara siyahı”dadı və əgər “Arsenal” Avropa Liqasının finalına yüksəlsə belə, Bakıya gələ bilməyəcək?
– Finala qədər hələ var. Yol çox uzundu. Hər zaman növbəti oyuna baxırıq. Əsas məsələ sabahkı matçdı. Çalışacağıq ki, yaxşı nəticə qazanaq.

Son yazılar

To Top