“Çox sevinirəm ki, yaşıl meydana qayıdışımı qolla qeyd etdim".
Korner.az-ın məlumatına görə, bu sözləri “İnter”in yarımmüdafiəçisi Joel Obi dünən Avropa Liqasında “Neftçi”ni 3:1 hesabı ilə məğlib etdikləri oyundan sonra deyib.
UEFA-nın saytına açıqlama verən Obi bildirib ki, onun zədə səbəbindən keçirdiyi çətin dövr artıq arxada qalıb.
"Son dəfə rəsmi matçda bu ilin may ayında oynamışdım. Məşqçim mənə inanır. Bu isə mənə əlavə güc verir. “Neftçi”yə vurduğum qolu ailəmə və çətin anlarda mənə dəstək olan insanlara həsr edirəm”