"Xəzər Lənkəran"ın Kamran Ağayevi bağışladığı haqda sizə məlumat vermişdik. Lakin qpıçını komandanın baş məşqçisi Yunis Hüseynov necə bağışlayacaqmı?
Məsələyə aydınlıq gətirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Yalçın Əliyevlə əlaqə saxladıq. Klub rəsmisi Korner.az-a verdiyi açıqlamada bunları dedi:
"Yunis müəllimlə danışdım. O, klub rəhbərliyinin Kamranı bağışladığını bildirdi. Yunis müəllimin Kamranı bağışlanmasına gəlincə isə, çox güman ki baş məşqçimiz də Ağayevi bağışlayacaq. Yunis müəllimlə az öncə danışdım və mənə Kamranı çox güman ki bağışlayacağını bildirdi".
