FOTOLAR: “Qarabağ” Lissabona çatdı
19.09.2018 , 03:02
Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Sportinq”lə qarşılaşacaq “Qarabağ” Portuqaliyaya yollanıb.
Bakı vaxtı ilə saat 19:00-da yola düşən Ağdam təmsilçisi Bakı-Lissabon reysi ilə səfərə çıxıb. “Köhlən atlar” Bakı vaxtı ilə 02:21-də (yerli vaxtla 23:21) Lissabona çatıb.
Bu gün Ağdam klubunun “Joze Alvalade” stadionunda son məşqi olacaq.
Qeyd edək ki, sentyabrın 20-də keçiriləcək “Sportinq” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.