Valançunas “Toronto”nu tərk etmək niyyətində deyil
15.06.2018 , 02:08
“Toronto Reptors”un mərkəz oyunçusu Yonas Valançunas komandanı tərk edəcəyi ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib. Basketbolçunun komandasını tərk etməyəcəyini açıqlanıb.
Məlumata görə, Valançunas hazırki komandasında xoşbəxtdir. Onun “Reptors”un yeni baş məşqçisi Nik Nörsla yaxşı anlaşdığı deyilir.
Basketbolçu küncdən atışları məhz yeni mütəxəssisin köməkliyi ilə çalışıb və nəticəsini geridə buraxdığımız müntəzəm çempionatda görüb.