“Real”ın futbolçusu Kriştiano Ronaldo növbəti dəfə Çempionlar Liqasının tarixinə adını yazdırıb
O, bu turnirdə 100 qol vuran ilk futbolçu olub. Portuqaliyalı hücumçu ÇL-in 1/8 finalında PSJ ilə matçın 45-ci dəqiqəsində penaltidən 100-cü qolunu vurub. K.Ronaldo ikinci hissədə qollarının sayını 101-ə çatdırıb.
Qeyd edək ki, “Barselona”nın hücumçusu L.Messi isə ÇL-də 97 qol vurub.