Azərbaycanın kişilərdən ibarət “Lokomotiv” voleybol klubu Çelenc Kuboku yarışlarında Portuqaliya təmsilçisi “Fonte Bastardo” komandasını mübarizədən kənarlaşdıraraq 1/8 finala yüksəlib.
“Diario Noticias” nəşri “Lokomotiv” Bakı “Fondte Bastardo”nu Çelenc Kubokundan kənarlaşdırdı” sərlövhəli məqalə dərc edib. Yazıda Azərbaycan komandasının Bakıda keçirilən oyunda 3:0 hesablı qələbə qazandığı qeyd edilir və Portuqaliyadakı cavab qarşılaşması haqqında geniş məlumat verilir.
“Fonte Bastardo” ciddi müqavimət göstərsə də, “Lokomotiv” həlledici setdə qalib gəlib və növbəti mərhələyə vəsiqə qazanıb. (Azertac)