“Çelsi”nin əsas heyətində yerini itirən Fransesk Fabreqas Çin klubundan gələn təklifə “yox” deyib.
Korner.az-ın məlumatına görə, asiyalıların 31 milyon avroluq təklifi də 29 yaşlı yarımmüdafiəçini cəzb etməyib.
Fabreqas bunu daha yaxşı çempionatda oynamaq arzusu ilə izah edib.