Afrika qitəsinin 2016-cı ildəki ən yaxşı futbolçusu müəyyənləşib.
Korner.az-ın məlumatına görə, “Lester”in yarımmüdafiəçisi Riyad Marez səsvermədə ən çox səs toplayıb.
25 yaşlı əlcəzairli futbolçu bu il “tülkülər”in heyətində İngiltərə çempionu olub, 37 matçda 17 qol vurub.
O, səsvermədə Pyer-Emerik Obameyanq (Qabon, “Borussiya” D.), Andre Ayyu (Qana, “Vest Hem”), Sadyo Mane (Seneqal, “Liverpul”) və Yaya Ture (Kot d`İvuar, “Mançester Siti”) kimi futbolçuları qabaqlayıb.