“Şəfa” stadionunda aparılan təmir işləri ilə əlaqədar olaraq avqustun 5-də "İnter" “Qarabağ”ı Şüvəlan qəsəbəsində yerləşən “AZAL-Arena” stadionunda qəbul edəcək.
Korner.az– ın klubun rəsmi saytına istinadən məlumatına görə, “İnter” artıq dünən həmin stadionunda məşq etdi.
Qeyd edək ki, “Şəfa” stadionunda təmir işləri 17 yaşlı qızlar arasında Dünya Çempionatının başlanmasınadək yekunlaşacaq.