“İnter” Peşəkar Futbol Liqasına növbəti yeni mövsüm üçün sifariş ərizəsini təqdim edib.
Korner.az– ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın baş məşqçisi Kaxaber Sxadadze yeni mövsümdən 26 futbolçunun xidmətindən yararlanacaq.
“İnter”in heyətində 2012-2013-cü il mövsümündə çıxış edəcək futbolçuların siyahısı belədir:
Qapıçılar: Giorgi Lomaya, Elşən Poladov, Revaz Tevdoradze
Müdafiəçilər: İlia Kandelaki, Vladimir Levin, Arif Daşdəmirov, Ruslan Əmircanov, Bryus Abdullaye, Haynts Barmettler, Valeri Abramidze, Ruslan Cəfərov
Yarımmüdafiəçi: Asif Mirili, Abdulla Abasiyev, İbrahim Niasse, Nizami Hacıyev, Asif Məmmədov, Samir Zərgərov, Petar Zlatinov, Daniel Genov, Slavço Georgiyevski, Fuad Bayramov, Aleksandr Qross
Hücumçular: Baçana Sxadadze, Tales Şüts, Giorgi Adamiya, Ramil Mansurov
Qeyd edək ki, “İnter”in əvəzedici heyəti birinciliyin oyunları üçün 30 futbolçu sifariş etdi.