Azərbaycan Premyer Liqasının 17-ci turunda evdə “İnter”ə 0:2 hesabıyla məğlub olan “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov oyunla bağlı fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, Həsənov oyunun ədalətli nəticəsinin heç-heçə olduğunu deyib:
“Oyunun ədalətli nəticəsi 2:2 hesabı olardı. Orxan Lalayevin zədə almasından sonra problemlər meydana gəldi. Əsas oyunçularımızın bir neçəsi zədəlidi, eyni zamanda “İnter”dən icarəyə götürdüyümüz oyunçular meydançada yox idi. Şikayətlənmək barədə düşünmürəm, sadəcə, reallıq budu. Əldə etdiyimiz qol şanslarından ikisini dəyərləndirə bilsəydik, hesab fərqli olacaqdı. Məğlubiyyətə görə təəssüflənirəm, uğurlu oyunlardan sonra uduzduq. Qış fasiləsinə qədər qalan 1 oyunumuzdan maksumum yararlanmağa çalışacağıq. Düşünürəm ki, oyunumuzda irəliləyiş var, futbolçularımız taktiki gedişləri yerinə yetirməyi bacarırlar. Sadəcə, “İnter” bizi oyunçu keyfiyyəti baxımından üstələdi, məğlubiyyəti təhlil edəcəyik”.