“Qalatasaray”dan ayrılması gündəmdə olan braziliyalı yarımmüdafiəçi Felipe Melo ilə bağlı son qərar verilib.
Korner.az-ın məlumatına görə, İstanbul nəhəngi 32 yaşlı futbolçu ilə müqavilənin müddətini uzadıb.
Türkiyə mətbuatının yazdığına görə, cənubi amerikalı “sarı-qırmızılar”ın 2 illik müqavilə təklifini qəbul edib. Artıq tərəflər bütün məsələlərdə razılığa gəlib və yaxın dəqiqələrdə bu barədə rəsmi məlumat veriləcək.
Qeyd edək ki, 2011-ci ildən Türkiyə nəhəngində çıxış edən “sambaçı”nın hazırkı müqavilə müddəti gələn ilin iyununda başa çatacaq. O, İtaliya “İnter”inin də hədəfində idi.