Türkiyənin “Qalatasaray” klubu ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, komandanın qol silahı Burak Yılmaz Superliqanın növbəti turunda “Karabükspor”la keçiriləcək oyunu buraxacaq.
Buna səbəb onun “Avro-2016″nın seçmə mərhələsində Hollandiya ilə oyunda zədələnməsidir.
Qeyd edək ki, “cim-bom”un daha iki futbolçusu Səbri Sarıoğlu və Semih Kaya da zədəlidir. Onların da növbəti turun oyununa hazır olub-olmayacağı sual altındadır.