“Əgər Blatter yenidən prezident seçiləcəksə, heç nə dəyişməyəcəksə və biz dörd il itirəcəyik”.
Korner.az-ın məlumatına görə, bu sözləri FİFA prezidentliyinə namizədliyini irəli sürən Luiş Fiqu deyib.
Əfsanəvi portuqaliyalı futbolçu hər kəsin 1998-ci ildən FİFA-ya başçılıq edən Yozef Blatterin işindən narazı olduğunu bildirib:
“Seçkiləri daha şəffaf etməyə çalışaraq, FİFA-nı müasirləşdirə bilməyəcəyik. Hər şey belə qalacaq. Mən bunu bütün insanlara deyirəm. Seçkiqabağı kampaniya zamanı onların reaksiyalarının müsbət olduğunu görürəm. İnsanların əksəriyyəti dəyişikliklər istədiklərini deyirlər. Mayın 29-da biləcəyik ki, onlar həqiqətənmi dəyişikliklərin lazım olduğunu istəyirlər, yoxsa həmişəki kimi, qalmağı”.