Topaz Premyer Liqasının XXIII turunda “Qarabağ”ı qəbul edən “Neftçi” minimal hesabla məğlub olub.
Korner.az-ın məlumatına görə, “flaqman”ın çalışdırıcısı Arif Əsədov oyundan sonra bunları deyib:
“Bu oyunda bizə 3 xal çox vacib idi. İlk dəqiqələrdən oyuna yaxşı başlamışdıq. Amma sonradan təşəbbüsü “Qarabağa” verdik. İkinci hissədə dəyişiklik etdik. Çox təəssüf, son dəqiqələrdə qol buraxdıq. Etiraf etmək lazımdı ki, “Qarabağ”ın heyəti çox gözəl komplektləşib və özəl üslubları var. Biz isə bundan sonra da hər oyuna 3 xal üçün çıxıb, mübarizəni sona kimi davam etdirəcəyik”
PFL.az