London “Arsenal”ı heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az-ın məlumatına görə, londonlular Kristian Bieleriki transfer edib. 17 yaşlı futbolçunun mövqeyi dayaq yarımmüdafiəçidi. Klubun yaxın saatlarda transferi rəsmən açıqlayacağı gözlənilir.
Xatırladaq ki, “Arsenal” iki hücumçusu – Podolski və Sanoqo ilə yollarını ayırıb. Hər ikisi icarə əsasında “topçular”ın düşərgəsindən uzaq düşüb.