Bakı “İnter”inin “Feyenoord”dan heyətinə qatdığı Ruben Sxaken artıq komandanın Antalyadakı toplanışına qatılıb.
Korner.az-ın məlumatına görə, hollandiyalı futbolçu yerli mətbuata yeni klubu barəsində açıqlama verib:
“Bu, böyük bir addımdı. Mən cəmi bir dəfə xaricdə uzunmüddətli macəra yaşamışam. Mən yenidən xaricdə olmaq istəyirəm. Bakı nəhəng və super modern şəhərdi. Oradakı insanlar Bakının Dubaya oxşadığını deyirlər. Həyat yoldaşım və 3 uşağımla birgə bura gəlib, fevralın biri “İnter”in heyətində meydana çıxacam”.
Bundan başqa 32 yaşlı yarımmüdafiəçi sabiq komandasına da, təşəkkürünü bildirib:”Azarkeşlərin böyük dəstəyini hər zaman hiss etmişəm. “Feyenoord fanatlarına və futbolçularına hər şeyin ən yaxşısınə arzu edirəm”.
Qeyd edək ki, bu keçidin detalları ilə bağlı Bakı klubundan rəsmi açıqlama verilməsə də, Hollandiya mətbuatı Sxaken “bankirlər”lə 1.5 illik razılıq əldə etdiyini yazıb. Onu da əlavə edək ki, 2013-2014-cü illərdə Hollandiya millisinin də formasını geyinən Sxaken 2010-cu ildən “Feyenoord”da çıxış edirdi. (futbolinfo)