Məlumat verdiyimiz kimi, "İnter" təlim-məşq toplanışını Sloveniyada keçirir. Korner.az klubun rəsmi saytınaistinadən xəbər verir ki, ayın 20-də komanda planauyğun olaraq gün ərzində iki dəfə məşq edib. Axşam məşqində futbolçular isinmə hərəkətlərindən sonra baş məşqçinin bir sıra tapşırıqlarını yerinə yetiriblər.
Xatırladaq ki, iyun ayının 21-də "İnter" Sloveniya çempionu "Maribor"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22.00-da baş tutacaq.