Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa superfinalına vəsiqə qazanıb.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatının seçmə mərhələsində millimiz ilk oyunda Qazaxıstan yığmasını məğlub edib – 3:1.
Qolları Hikmət Bağırov, Amid Nəzərov və Sabir Allahquliyev vurub. Növbəti oyunda millimiz Estoniya yığmasına məğlub olub. 1:2 hesabı ilə başa çatan qarşılaşmada futbolçularımızdan Hikmət Bağırov fərqlənib.
Qrup mərhələsinin üçüncü oyununda millimiz Moldova yığmasını 4:2 hesabı ilə məğlubiyyətə uğradıb. Moldova komandasının qapısından topları Asif Zeynalov, Orxan Məmmədov, Amid Nəzərov və Sabir Allahquliyev keçirib.
Millimizin iştirak edəcəyi Avropa superfinalı avqustun 14-dən 17-dək İspaniyanın Torredambarra şəhərində təşkil olunacaq.