Yeni mövsümə hazırlaşan AZAL heyəti gücləndirməkdə davam edir.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda artıq yay “transfer pəncərəsi” dövründə 4-cü keçidini rəsmiləşdirib.
Buna qədər Asif Mirili, Eltun Yaqublu və Təmkin Xəlilzadənin keçidini həll etmiş “təyyarəçilər” bu dəfə Novruz Məmmədovu sıralarına qatıb. Müqavilə ilə “Rəvan”a məxsus olan müdafiəçi 1 illiyə icarəyə götürülüb.