Braziliyada keçirilən dünya çempionatında daha bir ilk yaşanıb.
Korner.az-ın məlumatına görə, Uruqvay – Kosta Rika matçının son dəqiqələrində Cənubi Amerika təmsilçisinin futbolçusu qırmızı vərəqə ilə cəzalandırılıb.
Uruqvayın futbolçusu Maksimilyano Pereyra matçın 90+5 dəqiqəsində rəqibinə qarşı kobudluq etdiyinə görə hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılıb. Bu, dünya çempionatında göstərilən ilk qırmızı vərəqə olub.