"Bakı" haqda danışmaq istəmirəm. Mənə onsuz da bəs qədər problem yaradıblar və hələ də yaradırlar".
Korner.az–ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında "Fənərbağça"nın futbolçusu Amin Seyidov deyib.
Seyidov "Qəbələ" kimi klublarımızın olmasına sevindiyini, ancaq keçmiş klubu "Bakı" haqda danışmaq istəmədiyini bildirib: "Ətraflı danışmayacam, ancaq hələ də problem yaradırlar. Onlara bircə sözüm var: doğru söz acı olar!"
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Seyidov saytımıza müsahibəsində "Bakı"da ona problem yaradan şəxslərin adlarını çəkmişdi. Görünür, qarşı tərəf indi də onun "Fənərbağça"dakı işini "burur".