İngiltərə Federasiya Kubokunu final matçında "Hal Siti"ni 3-2 hesabı ilə məğlub edən Arsenal qazandı.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə,ən son kubok sevincini 2005-ci ildə yaşayan London klubunun 3 min 283 günlük kubok həsrəti sona çatdı.
Tarixində ilk dəfə Federasiya Kubokunda final oynayan "Hal Siti" "Uembli" stadionundakı qarşılaşmaya çox sürətli başladı və ilk 8 dəqiqədə Çester və Deivisin qollarıyla 2-0 hesabı ilə önə keçdi. Erkən buraxdığı qolların şokunu üzərindən atan "Arsenal" 17-ci dəqiqədə Kazorla ilə fərqi birə endirdi və ilk yarı "Hal Siti"nin 2-1 üstünlüyü ilə sona çatdı.
London klubu ikinci yarıdakı təzyiqli oyununun nəticəsini gördü və 71-ci dəqiqədə Kosişelninin qoluyla tabloda bərabərliyi təmin etdi.Qalan dəqiqələrdə başqa qol olmadı və uzatma dəqiqələrə ehtiyac duyuldu İngiltərə Federasiya Kubokunu uzatma dəqiqələrində vurduğu qolla rəqibini 3-2 hesabı ilə məğlub edən "Arsenal" qazandı. 109-cu dəqiqədə Remzinin vurduğu qolla qarşılaşmanı 3-2 bitirən "Topçular" kubokun sahibi oldu.