“Arsenal”
ilə müqaviləsi bu mövsümün sonunda bitəcək olan Bacary Sagna mətbuata maraqlı
açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, fransalı futbolçu London klubuna yeni müqavilə
üçün 120 min funt-sterlinq tələb etməsinə baxmayaraq klub bu pulu vermək
iqtidarında deyil.
İngiltərənin “Daily Star” qəzetinə açıqlama verən Sagna “Qalatasray” və “Monako”dan
təklif aldığını bildirib. Türkiyə təmsilçisindən 4 ilə 20 milyon funt-sterlinq qarşılığında
təklif aldığını iddia edən Sagna, 100min funt-sterlinqi həftəlik maaş, 6 milyon isə transfer qiymətin
də təklif edildiyini bildirib.