“İnter”in bu gün Antalyada yoxlama oyunu keçirəcəyi barədə məlumat vermişdik.
Korner.az-ın məlumatına görə, artıq “bankirlər”in rəqibi də müəyyənləşib.
Kaxaber Tsxadadze yetirmələrini Almaniya Regional Liqasının şimal-şərq zonasında çıxış edən “Karl Zeyts Jena” klubu ilə oyunda sınayacaq. Oyun əvvəlcədən elan edildiyi kimi Bakı vaxtı ilə saat 18.00-da yox, bir saat gec başlayacaq.