Ötən günlərdə məşqə qadın paltarı ilə çıxardılan Qary Frazer haqqında xəbər yerli və xarici mətbuatın əsas xəbərlərindən biri idi.
Korner.az Euronews-a istinadən verdiyi məlumata görə, 19 yaşlı futbolçu futbol həyatını bitirməyə qərar verib.
Şotlandiya mətbuatına açıqlama verən çəhrayı balet paltarı geyinməsinin səbəbini açıqlayıb:
"Patrik Zisl"la "Dufermain Atletik" komandalarının U20 komandalarının görüşü zamanı rəqib Kris Keyn öncə yumruqlayaraq yerə yıxdım, sonra yerdəki rəqibimin bədənini və başını dəfələrcə təpiklədim. Matçdan sonra rəqib paltardəyişmə otağına gedərək Krisdən və komanda yoldaşlarından üzr istədim. Şotlandiya Futbol Federasiyası mənə 2 matç birbaşa, 7 oyunda əlavə olaraq ümumilikdə 9 oyunluqluq cəza verdi. Uzun fasilədən sonra məşqlərdə yaxşı çıxış etməyincə məşqçilər korpusu dəli olmağa başlamışdı. Mənim belə istəksiz olmam baş məşqçi Alan Arkbaidin mənə sərt cəza verməsinə səbəb oldu. Məşqçi məşqə çəhrayı balet paltarı ilə çıxmağımı tələb etdi"
Qeyd edək ki, sabah "Patrik Zisl"la müqaviləsi bitən və yenidən əsas komandası olan "Bolton Uenders" Qary Frazer karyersını bitirməyi planlaşdırır.