Münhen "Bavariya"sının direktorlar şurasının sədri Karl Hayns Rummenige Beyl transferini dəyərləndirib.
Korner.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o, Beylin transferinin dünya futbol tarixində yeni mərhələ olduğunu qeyd edib.
Unutmaq olmaz ki, "Real" 5-6 futbolçusunu da sataraq kifayet qədər vəsait əldə edib.
Ona görə də onlar üçün "maddi feir pley" problem olmayacaq. Bildiyim qədəri ilə "Napoli"yə satılan oyunçulardan 50 milyona yaxın gəlir əldə ediblər.
Həmçinin Özilin transferi də onlara 50 milyon avro qazandırıb", deyə Rummenige vurğulayıb.