“Çelsi”nin baş məşqçisi Joze Mourinyo Pep Quardiolaya sataşıb.
Korner.az-ın məlumatına görə, portuqaliyalı mütəxəsis öz açıqlamasında “Bavariya”nın zəif olduğunu bildirib.
London təmsilçisinin baş məşqçisi komandasının Quadiolanın komandasından güclü olduğunu bildirib:
“Keçən ilki “Bavariya” bu ilkinə nisbətən çox güclü idi. UEFA Super kuboku qarşılaşmasında favorit bizik. Çünki hazırda mənim komandam Quardiolanın komandasından daha güclüdür”.