Avropa Liqasının II təsnifatının cavab oyununda “Makkabi”yə 0:8 hesabı ilə məğlub olan “Xəzər Lənkəran”ın bu rüsvayçılığı hələ uzun müddət cənublu fanatlar tərəfindən unudulmayacaq.
Korner.az-ın məlumatına görə, “ağ-yaşıllar”ın məşqçisi, Toşakın oğulu Aleksiz Plazanın sosial şəbəkələrin birində “Hello” yazması lənkəranlı fanatların qəzəbinə tuş gəlib.
Nəticədə bir qrup azarkeş məhz bu statusun altında 0:8 hesabını yazaraq, bu biabırçılığı uzun müddət, bəlkə də heç vax unutmayacaqlarına işarə vurublar.