“Sumqayıt” Macarıstan klubuna məğlub oldu
25.07.2024 , 21:56
“Sumqayıt” bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununu keçirib.
Korner.az xəbər verir ki, Samir Abasovun komandası evdə Macarıstan “Fehervar”ını qəbul edib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşdə təmsilçimiz 1:2 hesabı ilə məğlub olub.
Konfrans Liqası, ilk oyunlar
25 iyul
20:00. “Sumqayıt” (Azərbaycan) – “Fehervar” (Macarıstan) – 1:2
Qollar: Səbuhi Abdullazadə, 20, Tobyas Kristensen, 39, Ksaba Spandler, 52
Hakimlər: Florian Lata, Xulio Mani, Reydi Zaimi, Kreşnik Çyapi
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu