“Trabzonspor” yeni transfer üçün gün sayır
21.07.2024 , 12:54
“Trabzonspor” yeni transferə hazırlaşır.
Korner.az xəbər verir ki, Qara dəniz nəhəngi “Uotford”da çıxış edən hollandiyalı Uesli Hoedti heyətinə cəlb edəcək.
Rəhbərlik bir neçə gün əvvəl 30 yaşlı müdafiəçi üçün rəsmi təklif göndərib.
Klubu ilə 1 illik müqaviləsi olan Hoedtin transfer qiyməti 2,2 milyon avro dəyərindədir.
Futbolçunun bir neçə gündən sonra Türkiyəyə gələcəyi gözlənilir.
Klub təcrübəli oyunçunun adını yoldaşlıq matçının heyətinə daxil etməyib. Bu vəziyyət transferin bitdiyinə işarə kimi qəbul edilib.